Azərbaycanın yeni baş naziri bəlli oldu

22 Oktyabr 2013 13:10 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə baş nazir haqqında təqdimat göndərib. Movqe.az-ınməlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda bildirib ki, dövlət başçısı baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rəsizadənin təqdimatını verib. Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.