“Chrome” dünyada ən populyar veb-səyyahdır

21 May 2012 18:23 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "StatCounter" analitik şirkətinin məlumatına görə, "Google Chrome" veb-səyyahı dünyanın ən populyar veb-səyyahı olub. Statistik məlumatlara əsasən, bu, "IE" veb-səyyahının payının kəskin azalması nəticəsində mümkün olub.

Hazırda "IE" veb-səyyahı 30,44 faiz göstərici ilə reytinqdə ikinci yerdə, sonrakı yerlərdə 25.8 faiz göstərici ilə "Firefox", 8.33 faiz göstərici ilə "Safari" veb-səyyahları qərarlaşıblar. "Opera" veb-səyyahının payı isə 1,5 faiz təşkil edib.