İcazəsiz qeysəriyyə əməliyyatı aparanları cəza gözləyir

22 Oktyabr 2013 14:44 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Əhalinin sağlamlığı haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Movqe.az-ın xəbərinə görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyinin əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılmasına icazə verilir və bu icazə tibb müəssisələrinə müvafiq icra hakimiyyəti tərəfindən verilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına imkan verən klinikalar və şəxslər məsuliyyətə cəlb olunacaqlar. H.Rəcəbli bildirib ki, dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək. Layihə səsə qoyularaq qəbul olunub.