Gəncədə mina tapılıb

22 Oktyabr 2013 15:57 (UTC+04:00)

Gəncə şəhərində zibillikdən sursat tapılıb.


Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarənin növbətçi hissəsinə şəhərin Sadıllı qəsəbəsində olan zibillikdə sursat olması barədə məlumat daxil olub. Qəsəbəyə gələn polis əməkdaşları boş torpaq sahəsinə tökülən zibillikdən bir ədəd 82 millimetrlik minomyot və 100 millimetrlik top mərmisi aşkar ediblər. Minanın götürülməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizləmə üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları dəvət edilib və qısa müddətdə qurumun işçi qrupu minanı ərazidən götürərək zərərsizləşdiriblər. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.