Siyavuş Novruzov: “1995-2000-ci ildə deputat olmuş şəxslər pensiya ala bilmirlər”

22 Oktyabr 2013 16:11 (UTC+04:00)

"Azərbaycan parlamentinə 1995-ci ildə seçilən şəxslər bizə pensiya problemindən şikayət edilər. Çünki 1995-ci ildən 2000-ci ilə qədər olan deputatlar pensiyalarını ala bilmirlər. Amma 2000-ci ildən bu yana seçilən deputatların hamısı indiki əmək haqqının 80 faizini pensiya kimi ala bilirlər".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

 

O qeyd edib ki, səbəb "Sosial sığorta haqqında" qanundur: "Prezident seçkiləri zamanı gördük ki, bəziləri gedib sənəd saxtalaşdırıb və daha yüksək pensiya alırlar. Amma uzun illər qanunvericilik yaradıcılığı ilə məşğul olan şəxslər bunu ala bilmirlər. Mən xahiş edirəm ki, bu məsələni Sosial siyasət komitəsinə tapşırasınız ki, məsələni diqqətə alıb çıxış yolu tapsın. Onsuz da onların saylı 30-35 nəfərdir".