Dövlət Komitəsi: Bakı Metropolitenin inkişafı paytaxtda seysmoloji vəziyyətə müsbət təsir edəcək

22 Oktyabr 2013 17:08 (UTC+04:00)

Bakı Metropoliteninin inkişafı və yeni stansiyaların tikintisi Bakıdakı seysmoloji vəziyyətə müsbət təsir edəcək. Bu barədə paytaxt əhalisinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev paytaxt əhalisində yaranan narahatlıqlarla bağlı suala cavab verərkən bildirib.

C.Qocayev bildirib: "Sevindirici haldır ki, şəhərin inkişafı və təhlükəsizliyi ilə bağlı məsələlər ictimaiyyətin diqqətindədir. Eyni zamanda, yadda saxlamaq lazımdır ki, hər hansı metro tikintisi, boru kəməri, nəqliyyat infrastrukturu və digər yeraltı və ya yerüstü obyektlərin tikintisindən əvvəl həmin rayonun ərazisində tədqiqat aparılır. Tədqiqatlar aparılır, geoloji qiymət verilir, o cümlədən seysmoloji hesablamalar aparılır. Ona görə də, hesab edirəm ki, yeni metropoliten xətlərinin çəkilməsi nəinki vəziyyətə pis təsir edir, hətta onların yerləşdiyi ərazilərin seysmoloji davamlılığını yaxşılaşdıracaq".