Qadın alverçisi ələ keçib

22 Oktyabr 2013 18:39 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Samilə Quliyeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin muvafiq maddəsi ilə iş açılıb.