Rusiyanın qış olimpiadalarından əvvəl təhlükəsizlik imtahanı

22 Oktyabr 2013 19:42 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, 2014-cü il Soçi Qış Olimpiadalarına 4 aydan daha az bir zaman qalmış oyunlarla bağlı məsələlər böyüyür. Rusiyanın olimpiydalarla əlaqədar prioritetlərindən biri də təhlükəsizlik probleminin yaşanmaması olacaq. Xüsusilə Şimali Qafqazda Kremlin rəhbərliyinə qarşı mübarizə edən qruplar, oyunlara yönəlmiş açıq təhdidlər ortaya çıxır. Son olaraq Volgagradda bir avtobusa təşkil edilən hücum narahatlıqları artırıb. İlk günün sonunda hərəkatı boynuna götürən olmasa da təcavüzkarın şəxsiyyəti təsbit olunaraq, gözlər yenidən qafqazlı qruplara çevrilib. Hadisənin Dağıstan mənşəli bir qadın tərəfindən törədildiyi, 6 nəfərin həlak olduğu, əksəriyyəti şagird olan 30 nəfərin yaralandığı bildirilib.