Obamadan Fransaya "NSA" telefonu

22 Oktyabr 2013 19:36 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Təşkilatı NSA-nın Fransada 70 milyon telefon görüşünü dinlədiyinin ortaya çıxması iki ölkəni qarşı-qarşıya qoyub . Hollandeni axtaran Obama, NSA-nın dinləmə və monitorinq proqramını nəzərdən keçirmə qərarı aldıqlarını söyləyib. ABŞ prezidenti Barak Obama, ABŞ Milli Təhlükəsizlik Təşkilatı NSA-nın Fransada 70 milyondan çox telefon görüşünü dinlədiyi və elektron poçtları izlədiyi iddiaları ilə bağlı Fransa prezidenti Fransua Hollande ilə telefonda görüşüb. Ağ Evdən edilən şərhdə , ABŞ və Fransanın müttəfiq və dost olduqları deyilərək, iki ölkənin təhlükəsizlik və kəşfiyyat daxil olmaqla bir çox mövzuda yaxın iş münasibətində olduqları vurğulanıb. Şərhdə, iki liderin  Suriyada davam edən zorakılığın siyasi yolla həll edilməsiylə bağlı danışdıqları deyilib.