9 ay sonra cəsədi tapıldı

22 Oktyabr 2013 20:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Məşhur İtalyan stilist Vittorio Missoninin cəsədinin, həyatını itirdiyi təyyarə qəzasından təxminən 9 ay sonra Venesuelanın qərbində olduğu bildirilir. Baş prokuror Luisa Orteqa, donanmaya bağlı dalğıcların dənizin 70 metr dərinliyində olan təyyarənin qəzadan sonra 5 nəfərin cəsədini çıxardığını açıqlayıb.

Ortega, cəsədlərin uzun müddət su altında qaldıqları üçün tanınmayacaq vəziyyətdə olduğunu, şəxsiyyət təyin etməyin DNT testi ilə ediləcəyini bildirib. Məşhur Missoni Moda Evinin 58 yaşındakı rəhbəri Missoni və həyat yoldaşı Maurizia Castiglioninin yanında cütün 2 İtalyan yoldaşını daşıyan BN-2 Islander tipi cüt motorlu təyyarə, 4 Yanvar Los Roques adasında fəlakətdən qısa müddət sonra radar ekranlarında itmişdi. Təyyarənin dağıntıları, 27 İyunda ABŞ-a aid bir araşdırma gəmisi tərəfindən Los Roques Adası sahillərində, suyun 70 metr dərinliyində tapılmışdı