Zakir Həsənov Azərbaycanın yeni müdafiə naziri təyin olundu

22 Oktyabr 2013 20:55 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. Movqe.az-ın xəbərinə görə, sərəncama əsasən Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilib. Qeyd edək ki, Zakir Həsənov bu gün Azərbaycan prezidentinin sərəncamı ilə müdafiə naziri vəzifəsinə təyin olunub.