Rauf Vəliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin edildi

22 Oktyabr 2013 21:05 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. Movqe.az-ınxəbərinə görə, prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib. Qeyd edək ki, indiyədək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsini Aydın Bəşirov tutub.