Səfər Əbiyev və Füzuli Ələkbərov yeni hökumətdə təmsil olunmadı

22 Oktyabr 2013 20:40 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bu gün yeni kabinetin tərkibini təsdiqləyib. Movqe.az-ın xəbərinə görə, prezidentin sərəncamı ilə sabiq müdafiə naziri  Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni hökumətdə yer almayıb. Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri isə Səlim Müslümovdur. Qeyd edək ki, Zakir Həsənov indiyə qədər Daxili Qoşunların komandanı, Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondunun sədri olub.