Biryulevo hadisələri ilə bağlı Dövlət Dumasında hesabat veriləcək

23 Oktyabr 2013 11:08 (UTC+04:00)

Dumada daxili işlər naziri, Federal Miqrasiya Xidməti rəhbəri və Moskva merinin müavini çıxış edəcəklər

Region  Rusiyanın daxili işlər naziri Vladimir Kolokolsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski və Moskva merinin regional təhlükəsizlik üzrə müavini Aleksandr Qorbenko Moskvanın Biryulevo rayonundakı vəziyyətlə bağlı Dövlət Dumasında çıxış edəcəklər.

Bu barədə "RİA Novosti" məlumat yayıb. 


Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin bundan öncə geniş əks səda doğuran Biryulevo hadisələri ilə bağlı parlament istintaqı keçirməyi təklif etmişdi. Bu təklifi şərh edən Dövlət Dumasının spikeri Sergey Narışkin parlament istintaqının keçirilməsini istisna etməyib.Lakin o, bunun DİN və FMX rəhbərlərinin hesabatından sonra mümkün ola biləcəyini qeyd edib. 


Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov isə Biryulevo hadisələrini Təhlükəsizlik Şurasının iclasında müzakirə etməyi təklif edib.