Bədəninin parlaqlığı ilə kişilərin ağlını başından alan Beyonsun sirri açıldı

23 Oktyabr 2013 11:48 (UTC+04:00)
Məşhur müğənni Beyonsun parlaq dərisi bir çox xanımların qısqanclıq obyektidir. 

"Daily Mail" qəzeti bu gözəlliyin sirrini açıb. 

Belə ki, ifaçı "Natura Bisse Diamond Dust Skin Perfection" adlı bədən müalicəsi alır. Zanbaq, almaz tozu və efir yağlarından təşkil olunmuş bu müalicə müxtəlif üsullarla bədənə tətbiq edilir. Təbii ki, bu zaman masaj üsulundan da istifadə olunur. Almaz tozu dəriyə qalıcı bir parlaqlıq verir. Bununla yanaşı tətbiq olunan prosedurlar stressin və gərginliyin aradan qalxmasına da kömək edir. (Axşam.az)