Müxalifət cinayətkarlarla da əlaqə qurur
23 Oktyabr 2013 12:00 (UTC+04:00)
Dəfələrlə radikal müxalifətin antiazərbaycan qüvvələri ilə
əlaqələri barədə xəbərlər gündəmdə olub. Son günlərdə isə sosial
şəbəkələr və media portallarında Milli Şuranın seçkilərdə vahid
namizədi olan Cəmil Həsənlinin Elşad Abdullayevlə birgə şəkilləri
yayılıb. Xatırladaq ki, Elşad Abdullayev rüşvət, insan orqanı
alveri əməllərində günahlandırılaraq beynəxalq axtarışa veilib.
Hələlik müxaliət düşərgəsindən qeyd olunan şəkilin fotomontaj
olması barədə xəbərlərin yayılmaması və arxa fonda hazırda Elşad
Abdullayevin yaşadığı Paris şəhərinin görünməsi isə onun
müxalifətlə əlaqələrinə birbaşa dəlalət edir. Qeyd edək ki,
əvvəllər də radikal müxalifətin beynəlxalq axtarışda olan bu cür
şəxslərlə əlaqələri olub.
Millət vəkili Zahid Oruc bildirir ki, o şəkil Cəmil Həsənlinin və
müxalif qüvvələrin siyasi mahiyyətini ifadə edir: "Mənfiliklərə
qarşı mübarizə ona görə çətin olur ki, əks düşərgə normal dəyərləri
bölüşmür. Əgər hansıa bir reputasiyası çirkli şəxs iqtidar
cinahından qovulursa, o, əks cinahda reablitasiya edilir və bir
müddətdən sonra az qala mələk qiyafəsində siyasi hərəkata qoşulur.
Hətta bəzən də ön cəbhəyə keçir. Rəsul Quliyevin timsalında onu
söyləyə bilərik, yaxud da Eldar Namazov kimi kifayət qədər siyasi
sürüşkən adamın Milli Şurada əsas söz sahibi olması dediklərimizə
sübutdur. Başqa bir tərəfdən, Cəmil Həsənlinin Elşad Abdullayevlə
yanaşı şəkil çəkdirməsini həm də onunla izah etməliyik ki,
beynəlxalq dairələr Azərbaycan üzərində zəiflətmə planı qurmuşdu.
Düşünürdülər ki, seçki dönəmində Elşad Abdullayevin verdiyi
videoroliklər elə bir ictimai çaşqınlıqlar doğuracaq ki, bu,
cəmiyyətin mövqeyinin müəyyənləşməsində həlledici xarakter
daşıyacaq. Necə deyərlər, səsverməyə gərəkən anti-hakimiyyət
protestini almağa və böhran kütləsini yetişdirməyə çatacaq. Bunlar
baş vermədi. Əvvəllər də söyləmişəm ki, Elşad Abdullayev müxalif
qüvvələr tərəfindən himayə olunur. Bu şəkil də iş birliyinin gerçək
mənzərəsidir. Bu qüvvələrin əməli–saleh qaydada, gerçək və dəqiq
prinsiplə, ədalət meyarları ilə cəmiyyətin gələcəyini təmin edəcək
vəzifələri yoxdur. Bunlar düşünürlər ki, iqtidarın əleyhinə
fəaliyyət aparan hər kəslə müttəfiq olsunlar və hakimiyyətin
əleyhinə hansısa təsirləri həyata keçrisinlər. Ona görə Cəmil
Həsənli ilə Elşad Abdullayevin şəkli bundan sonrakı dönəmdə də
onları hər zaman ifşa edəcək bir mənzərədir. Hesab edirəm ki,
Azərbaycan vətəndaşı buna müvafiq olaraq mövqeyini daha da sərt
müəyyənləşdirəcək".
Müasir Müsavat Partiyası (MMP) sədri Hafiz Hacıyev bildirir ki,
Azərbaycanın simasız müxalifəti daxildə və xaricdə nə qədər
cinayətkar varsa, hamısı ilə əməkdaşlıq edir: "Tarixə bir qədər
ekskursiya etsək, görərik ki, nə qədər hakimiyyətdən qovulmuş
məmurlar olubsa, indiki Cəmil Həsənlinin mövcud olduğu dairə onlara
söyüb, sonradan onlara dayaq olmağa çalışıblar. Yəni, bunlar Cəmil
Həsənlinin mahiyyətindən irəli gəlir. Bunlar üçün cinayətkar,
Vətənə xəyanət edən insanların heç bir fərqi yoxdur. Bunlara pul,
qarayaxma kampaniyasında iştirak etməkdə istifadə üçün adamlar
lazımdır. Ona görə də onlar həm cinayətkar Elşad Abdulalyevlə, həm
də ermənilərlə çox böyük dostluq edirlər. Təki belələri onların
fikirlərinə təkan versinlər. Bunlar simasını itirmiş insanlar
olaraq Azərbaycan xaqlına yaddırlar. Onlar milləti özləri üçün bir
alət kimi istifadə etmək istəyirlər. Ancaq buna nail ola
bilməyəcəklər. Bunlar hər dəqiqə məni də hədələyirlər. Vaxtı ilə
mənə etdikləri terroru bu günlərdə açırlar".
Hafiz Hacıyev bildirdi ki, bu işlərdə hüquq-mühafizə orqanları
aktiv olmalıdır: "Gedib Fransada beynəlxalq axtarışda olan
cinayətkarla şəkil çəkdirirsə, münasibət qurursa, Cəmil Həsənlini
həbs etmək lazımdır. Düşünürəm ki, Cəmil Həsənlinin özü də
cinayətkardır. Bu, hazırda beynəlxalq axtarışda olan bir insanla
şəkil çəkdirib. Bunun hüquq-mqhafizə orqanları maraqlanmalıdır.
Maraqlanılmalıdır ki, Cəmil Həsənli onunla hansı danışıqları
aparıb. Onlar çalışırlar ki, ölkədə qarşıqlıq yaratsınlar. Artıq
xoruzun quyruğu görünüb. Hüquq-mühafizə orqanları fəallıq
göstərməlidir. Hər bir halda bu şəklə görə Cəmil Həsənli
dindirilməlidir".