Çempionlar Liqası nəticələndi

23 Oktyabr 2013 12:11 (UTC+04:00)

E,F,G və H qruplarında keçirilən oyunlarda "Barcelon", "Borussia Dortmund" və "Atletico Madrid" lider olub

Futbol  Çempionlar Liqasında 3-cü həftə matçları baş tutub. Movqe.az-ın "CNNTürk"ə istinadla verdiyi məlumata görə, matçlar E,F,G və H qruplarında keçirilib. 


Milanda "Milan" və "Barselona" qarşılaşması 1-1 hesabı ilə yekunlaşıb. 

"Şalke" ilə qarşılaşan "Çelsi" 3, "Arsenal"ın qonağı olan "Borussia Dortmund" isə 2 qolla oyundan ayrılıb. 

"Atletico Madrid"də 3-cü həftə oyunlarında qalib qismində çıxış edir. Komanda "Austria Wien" i 3-0 hesabı ilə məğlub edib. 


Qeyd edək ki, Çempionlar Liqasında bu gün A, B, C və D qruplarında oyunlarl keçiriləcək.