Daxili qoşunlara Şirin Xəlilov komandanlıq edəcək

23 Oktyabr 2013 13:29 (UTC+04:00)

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla müdafiə naziri təyin edilən daxili qoşunların keçmiş komandanı Zakir Həsənovun vəzifəsini kimin icra edəcəyi məlum olub. 


Bu barədə lent.az-a daxili qoşunların mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Z.Həsənovun vəzifəsini daxili qoşunların qərargah rəisi, general-mayor Şirin Xəlilov icra edəcək. 


Məlumatda bildirilir ki, hələlik DQ-nin komandanının yerinə heç bir təyinat yoxdur. Yeni təyinata DQ komandanın vəzifəsi müvəqqəti icra ediləcək.