MSK baş nazirin müavini Əli Əhmədovun deputat mandatı ilə bağlı məsələyə aydınlıq gətirib

23 Oktyabr 2013 13:47 (UTC+04:00)

"Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir".


Bunu  APA-ya açıqlamasında Mərkəzİ Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimli söyləyib.

 

Mikayıl Rəhimli bildirib ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov baş nazirin müavini təyin edildiyi üçün MSK-ya müraciət etməlidir: "MSK isə bu müraciətə iki ay ərzində baxıb, millət vəkilini mandatından məhrum etməlidir".