Sabahdan Azərbaycanda qeyri-sabit hava şəraiti gözlənilir

23 Oktyabr 2013 13:46 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında oktyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 24-də arabir yağış yağacağı, dağlıq ərazilərdə isə sulu qara və qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.