Türkiyə Azərbaycandan enerji borcunun ödənilməsini istəyir

23 Oktyabr 2013 15:25 (UTC+04:00)

İran elektrik enerjisinin alınması sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir.


İki ölkə arasında bu enerji mübadiləsi qonşu regionların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. "APA-Economics"in məlumatına görə, bunu "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan qarşı tərəfə İranın Naxçıvan Muxtar Respublikasına verə biləcəyi enerjinin həcmi qədər enerji ixrac etməyə razı olduğunu bildirib: "Bundan sonra da İrana ancaq bu şərtlərlə enerji verəcəyik".

 

M.Əsgərov deyib ki, Türkiyə tərəfi isə Azərbaycandan enerji almaq istəmir: "Lakin onlar Naxçıvanın alınmış enerjiyə görə Türkiyəyə olan borcunu geri qaytarılmasını istəyir. Bu gün artıq Naxçıvan özünü enerji ilə tam təmin edir. Bununla yanaşı, Muxtar Respublika illər əvvəl Türkiyəyə yığılmış enerji borcunun pulunu artıq özü qaytarmağa başlayıb. Düşünürük ki, tez biz zamanda bütün borc ödəniləcək".

 

"Azərerenerji"nin vitse-prezidenti vurğulayıb ki, bu ilin yanvar-sentyabr ayları ərzində əhalidən işıq pulunun yığım səviyyəsi 97% olub: "Heç bir başqa ölkədə belə yığım yoxdur. Ancaq "Azərenerji" artıq bu nəticəni əldə edə bilib".