Elza:" Eşşək sizdən min dəfə yaxşıdı"

23 Oktyabr 2013 15:35 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahanın sosial şəbəkədə eşşək ilə şəklini paylaşıb. Müğənni onu məsxərəyə tutanlara sərt sözlər ünvanlayıb:

"Kənddə olarkən bir qadının eşşəklə süd daşıdığını gördüm və ürəyimdən keçdi ki, həmin eşşəyin yanında durub şəkil çəkdirim. Bu da təsadüfü deyil. İlahi mizan-tərəzi deyilən bir şey var. Allah mənə dedi ki, bu eşşəklə şəkil çəkdir. Çünki vaxt gələcək, sənə qarşı haqsızlıq edənlərə bu foto ilə cavab verəcəksən. Haqsızlıq edən, insanları məsxərəyə qoyan, vicdansız adamlara üzümü tutub demək istəyirəm ki, eşşək sizdən min dəfə yaxşıdır. Ən azı o ikinci dəfə palçığa batmır, zəhmətkeşdir, ömrü boyu yük daşıyır".