Stomatoloq beş günlük körpənin dişini çəkdi

23 Oktyabr 2013 17:04 (UTC+04:00)

Buna səbəb isə südəmər körpənin anasını dişləyərək yaralaması olub.


Türk mətbuatında verilən məlumata görə, Türkiyənin Şanlıurfa vilayətində dişli körpə doğulub. Ağzında 2 dişi olan körpə dünyaya gəldikdən 5 gün sonra stamotoloq kreslosunda oturmalı olub. 


Körpənin dişləri 2 cərrahi müdaxilə ilə çıxarılıb. Buna səbəb isə südəmər körpənin anasını dişləyərək yaralaması olub.


Dişi çəkilən körpə daha sonra evə buraxılıb. Həkim isə bunun milyonda bir təsadüf edilən əhəmiyyətsiz tibbi hadisə olduğunu bildirib.