Kök qalmaqalı

23 Oktyabr 2013 17:43 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da gənc bir internet həvəskarının cib telefonları üçün inkişaf etdirdiyi "Carrot Dating" (Kök Görüşü) adlı münasibət tətbiqi məşhurluq qazanaraq müzakirələri də özü ilə gətirib. Təcrübədə kişilər, qadınlarla birlikdə ola bilmək üçün bir anbar benzindən estetik əməliyyata qədər ağıllarına nə gəlirsə vəd edə bilir. Pul qarşılığı saytdan "çip satın alan" kişilər bunları istifadə edərək əlaqə qurduqları qadınlara hədiyyələr göndərir. Qadınlar hədiyyələri qəbul etdikcə görüş davam edir və cütlər görüşür. Qadın hüquqları müdafiəçiləri bunun fahişəliyə təşviq olduğu fikrini müdafiə edir.