Sumqayıtın yeni ticarət mərkəzi belə olacaq (FOTO)

23 Oktyabr 2013 18:12 (UTC+04:00)

Dənizin kənarında yeni möhtəşəm bir layinə gerçəkləşdiriləcək

Həyat tərzi  Sumqayıt şəhərində yeni böyük ticarət mərkəzinin tikintisi planlaşdırılır. 1news.az xəbər verir ki, Sumqayıtda, dənizin kənarında yeni möhtəşəm bir layinə gerçəkləşdiriləcək.


Bu barədə məlumat Türkiyənin "Efekta Mimarlik" memarlıq şirkətinin rəsmi saytında yerləşdirilib. Kompleksə "Sumqayıt Waves AVM Ticarət Mərkəzi"("Dalğa" ticarət mərkəzi) adı verilib və o 48500 kv.m. ərazini əhatə edəcək.