Aygün Kazımovanın klipi məşhur Vevo TV-də
23 Oktyabr 2013 21:15 (UTC+04:00)
Xalq artisti Aygün Kazımovanın klipi dünyanın ən məşhur
simalarının kliplərinin yayımlandığı "Vevo"da nümayiş
etdirilib.
Axşam.az-ın məlumatına görə, müğənninin türkiyəli
ifaçı Sinan Akçılla birlikdə səsləndirdiyi "İkinci sən" mahnısının
ekran işi maraqla qarşılanıb.
Artıq 4 ildir ki, fəaliyyət göstərən Vevo tv-də Cennifer Lopez,
Britni Spirs, Şakira və bir çox dünya ulduzlarının klipləri
yayımlanır.