Lənkəranda 19 yaşlı gənc həmyerlisi tərəfində öldürülüb

24 Oktyabr 2013 11:30 (UTC+04:00)

Azərbaycanın Lənkəran rayonunda qətl törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ləvəngi dairəsində qeydə alınıb.


Lənkəran sakini, 1991-ci il təvəllüdlü Əmrah Məmmədov mübahisə zəminində həmyerlisi, 1994-cü il təvəllüdlü Elvin Vəliyevi bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən Ə.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.