"Ermənistanı Gömrük İttifaqına qəbul edərkən, Azərbaycanın fikrini nəzərə almalıyıq"

24 Oktyabr 2013 12:14 (UTC+04:00)

Lukaşenko: "Ermənistanın Azərbaycanla həll olunmamış torpaq problemi var"

 "Ermənistanı Gömrük İttifaqına qəbul edərkən Azərbaycanın fikrini nəzərə almalıyıq. Ermənistanın Azərbaycanla həll olunmamış torpaq problemi var". 


Rusiya mediasında verilən məlumata görə, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib. Belarus prezidenti, MDB ölkələrinin media rəhbərləri ilə görüşü zamanı Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı mülahizələrini bölüşüb. 


O, "Mir" telekanalına verdiyi müsahibədə bu fikirləri səsləndirib: "Qazaxıstan prezidenti Nursultan Nazarbayev yumşaq şəkildə narahatlıqlarını ifadə etdi. Məsələn, Ermənistanın Azərbaycanla həll olunmamış torpaq problemi var. Bu Azərbaycan tərəfindən problemlər olacağı anlamını verir. Biz Azərbaycanın fikirini nəzərə almalıyıq". 


Belarus prezidenti həmçinin, Avropanın torpaq problemləri olan ölkələri öz tərkibinə qatmağa o qədər də səy göstərmədiyini qeyd edib. .