“Metropark”da bomba həyəcanı

24 Oktyabr 2013 13:02 (UTC+04:00)

Movqe.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Metropark" ticarət və əyləncə mərkəzində partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıblar.

Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.

Axtarışlar nəticəsində bina və yaxınlığında partlayıcı qurğu, şübhəli əşya aşkar edilməyib.