Türkiyədə "Arşın mal alan"ın premyerası olacaq

24 Oktyabr 2013 13:17 (UTC+04:00)

Oktyabrın 27-də Türkiyədə Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının premyerası keçiriləcək.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlının Trend-ə verdiyi məlumata görə, premyera həmin gün saat 16.00-da Ankarada Opera və Balet Teatrında olacaq.

Həmin teatrın sənətçiləri tərəfindən nümayiş olunacaq premyera əsərin 100 illiyinə həsr olunur. "Arşın mal alan" bir neçə ay Ankarada səhnələşdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir.

Baş rolları Şenol Talınlı (Əsgər), Esin Talınlı (Gülçöhrə) ifa edirlər.