Cem Yılmaz 54 milyonluq təklif barədə :"Xəyalımdakı rəqəmin xəyalını qurmanın xəyalı..."

24 Oktyabr 2013 13:49 (UTC+04:00)

Türkiyəli prodüser-aparıcı Acun Ilıcalının yumorist Cem Yılmaza verilişdə münsif olması qarşılığında beş milyon lirə təklif etdiyi xəbərini yayılmışdı. Xəbərin yalan olduğu məlum olub. Mövqe.az-ın məlumatına görə, türk mediasında çıxan "Cem Yılmaz Acunun 5 milyon TL-lik təklifini rədd etdi" xəbərinə məşhur komediya ustası twitter hesabında belə cavab verib: 


"Taksi şoferləri təzə film varmı?-deyə soruşur. Bu xəbərlər də ona bənzəyir. Mən heç  televiziyada proqram hazırlamamışam ki... Təklif hardan gəlib?  "Təklif etdik, qəbul etmədi" başlıqlı xəbərləri təbəssümlə qarşılayıram. 54 milyon təklif etdik, qəbul etmədi. Pul cibimizdə qaldı! Eee? Rəqəm də veriblər. Xəyalımdakı rəqəmin xəyalını qurmanın xəyalı...