İnternet televiziyalar nə vaxt tənzimlənəcək?

24 Oktyabr 2013 14:44 (UTC+04:00)
Azərbaycanda internet televiziyaların sayı artsa da, hələki Milli Televiziya və Radio Şurasında  (MTRŞ) efir televiziyası ilə yanaşı, internet televiziyaların fəaliyyətinin də tənzimlənməsi müzakirə mövzusu deyil. Bu sözləri Movqe.az-a açıqlamasında MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov söyləyib. T.Məmmədovun sözlərinə görə, ölkəmizdə internet televiziyalarının tənzimlənmsəsinin yaxın gələcəkdə mümkün deyil: " İnternet televiziyaların fəaliyyətini Avropa ölkələri və digərləri də tənzimlənməyib. İnternet televiziyasının tənzimlənməsi üçün yollar bütün ölkələrdə və həmçinin bizdə də axtarılır. Hələ ki bu məsələdə yenilik yoxdur. Yaxın gələcəkdə internet televiziyaların tənzimlənməsi gözlənilmir".