Ata toydan qabaq nişanlısı ilə intim münasibətdə olan qızını yandırdı

24 Oktyabr 2013 15:38 (UTC+04:00)

Yəmən polisi yeniyetmə qızını vəhşicəsinə qətlə yetirən 35 yaşlı şəxsi həbs edib. Qətlə qızın nişanlısı ilə intim münasibətdə olması səbəb olub.

Movqe.az teleqraf.com-a istinadən xəbər verir ki, olay Yəmənin Taiz əyalətində - Şabaa kəndində baş verib.

Qatil ata həddi-buluğa çatmayan qızının nişanlısı ilə toydan qabaq intim əlaqədə olduğundan xəbər tutub. O, "namusunu təmizləmək üçün" qızını diri-diri yandırıb.

Qeyd edək ki, Taiz Qızmızı dənizin sahilində yerləşir. Bura Yəmən əhalisinin ən sıx yerləşdiyi məkandır.

Yəmən Demokratik Resublika olmasına rəğmən, buranın iqtisadi cəhətdən geri qalmış kəndlərındə özünəməxsus ənənələr hökm sürür. Daha dəqiq desək, qadınların bu cür "yanlış addımları" qanla təmizlənir. Qadınlar tez-tez belə olayların qurbanı olur.

"Namus qurbanları"nın müdafiəçiləri isə yalnız BMT-nin ölkədəki hüquq müfadiəçiləridir.