ADPU tələbələri qalib gəldi

24 Oktyabr 2013 16:00 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin narazılığına səbəb olan məsələ həllini tapıb.


Movqe.az-ın məlumatına görə, ADPU-nun rektoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün tələbələrlə keçirilən görüşdən sonra yekun qərar qəbul olunub.

 

Rektorun sözlərinə görə, qərara əsasən, tələbələr əvvəl olduğu kimi, semestr imtahanını test üsulu ilə verəcəklər.

 

Artıq tələbələrin bu tələbi yerinə yetirildiyi üçün bu günə planlaşdırılan aksiyanın keçirilməsinə də ehtiyac qalmayıb.