Bakıda avtomobildə meyit tapıldı

24 Oktyabr 2013 16:08 (UTC+04:00)

Bakıda avtomobildə meyit tapılıb.


Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 23-də qeydə alınıb.

 

Sabunçu rayonu ərazisində "Mercedes" markalı avtomaşının arxa oturacağında Əmircan qəsəbə sakini Ramin Qədimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.