BMT: Ermənistanın ən ciddi problemləri yoxsulluq və işsizlikdir

24 Oktyabr 2013 16:13 (UTC+04:00)

"Ermənistanın ən ciddi problemləri yoxsulluq və işsizlikdir".


Ermənistan mətbuatında yayılan xəbərə görə, bunu BMT-nin Ermənistandakı daimi nümayəndəsi Bredli Buzeto deyib.

 

Onun sözlərinə görə, bu problemlərin həlli üçün BMT-nin İrəvan ofisi yeni iş yerlərinin açılmasında Ermənistan rəhbərliyinə kömək məqsədilə tədbirlər planı hazırlayır. Bu məqsədlə BMT kasıblıq və işsizliklə mübarizədə dünya təcrübəsini araşdırır: "Ermənistan hökuməti ilə birlikdə ölkədə kiçik və orta biznesin inkişafı üçün əlverişli şərait yaratmağa çalışırıq".

 

Qeyd edək ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin II rübündə ölkədə işsizlik səviyyəsi 16,2% təşkil edib. Baş nazir Tiqran Sarkisyan isə əhalinin 32,5%-nin yoxsulluq həddindən aşağı yaşadığını bildirib.