Müştərək çəkilən filmlərimizdə yeni problem üzə çıxdı

24 Oktyabr 2013 16:15 (UTC+04:00)

ElxanCəfərov: "ştərək film çəkilən zaman hansı industriya güclüdürsə, o da mütləq olaraq öz təsirini göstərir"

Azərbaycanda son illərdə müştərək çəkilən filmlərin sayı elə çox olmamasına baxmayaraq, belə ekran əsərlərinə rast gəlmək mümkündür. Lakin belə fikirlər getdikcə daha çox hakim kəsilməyə başlayır ki, müştərək çəkilən filmlərdə Azərbaycan tərəfinin mövqe rolu özüün qabarıq surətəd göstərmir, daha çox əks tərəfin kölgəsində qalır.

Lakin "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov Mövqe.za-a açıqlamasındamüştərək çəkilən filmlərdə daha çox qarşı tərəfin mövqeyinin əks olunması ilə razılaşmadı: "Mən bu fikirlə razı deyiləm. Kino sahəsində son müştərək filmimiz "Mahmud və Məryəm" oldu. Türk kanallarında da göstərildi ki, bu film məhz Azərbaycan filmi kimi qəbul olunub. Filmin musiqisi, geyimləri, arxetekturası, aktyorların əksəriyyəti məhz milliliyi əks etdirirdi. Son 20 ildə müştərək filmlərimizdən heç biri bu qədər prokata getməmişdi. Azərbaycan haqqında məlumat, tariximiz, mədəniyyətimiz bu filmdə geniş təbliğ və tərənnüm olundu. "Nizami" kinoteatrında bu filmin bu günə kimi nümayişi onu göstərir ki, həqiqətən də film uğurlu alınıb. Əlbəttə ki, bəzi xoşagəlməz şeylər oldu. Ancaq istehsala bizdən daha çox vəsait ayrılmışdı. Əsərdə Azərbaycan məmləkəti haqqında daha çox məlumat verildi və dünyada yayımlandı.

Yenimüştərək filmlərimiz çəkilib və çəkilməkdədir. Sizə bildirim ki, bu günlərdə Qarabağ atları ilə bağlı Almaniya ilə birlikdə filmimiz çəkildi. Əsəs məqsədlərdənbiridünyaya bir daha sübut etməkdirki, həqiqətən də Qarabağ bizimdir, azərbaycanlıların yaşadığı ərazidir. Buna görə, bu film də çox böyük uğur qazanacaq. Daha sonra, bu yaxınlarda fransızlar FİFA-nın yüz illiyi ilə bağlı gəlib ölkəmizdə film çəkdilər. Hələ də bəzi tamalama çəkilişləri davam edir. Biz o filmə heç bir maddi vəsait sərf etmədik. Sadəcə, təşkilatçılıq işləri gördük. Vəsait onlar tərəfindən ayrıldı və Azərbaycanda çox gözəl film çəkildi".

Tanınmış rejissor, aktyor Elxan Cəfərov isə müştərək çəkilən filmlərimizdə daha çox qarşı tərəfin mövqeyiningöstərilməsi halını təbii hal kimi qiymətləndirdi: "İndiki zamanda müstəqil Azərbaycanda yeni industrial kinonun təməli qoyulub. Hər hansı industrial cəhətdən güclü bir tərəf əlbəttə ki, özünü göstərəcək. Çünki kino industrial bir işdir. ştərək film çəkilən zaman hansı industriya güclüdürsə, o da mütləq olaraq öz təsirini göstərir. Bundan qorxmaq lazım deyil. Çünki bizim özümüz üçün kinoda yeni münasibətlər, inkişaf, industriya, təzə texniki inkişaf və s. kimi münasibətlər yaranır. Biz özümüz köhnə sistemlə işlədiyimiz halda, bu, bizim üçün yenilikdir. Bu yenilikləri də öyrənmək üçün müştərək işlər xeyrlidir. Amma bizim filmlərdə digər partnyorun daha çox mövqeyinin əks olunması (konkret olaraq "Mahmud və Məryəm"i misal çəkə bilərəm) təsadüfi hal deyil. Türk kinosu bizdən industrial cəhətdən güclü olduğu üçün kinonun taleyində və istehsalında böyük bir yer alır. Bu da ki, təbii bir haldır. Türklər artıq neçə illərdir ki, bu sahədə öz sözlərini deyirlər və onlar Amerika kino sisteminin prinsipləri ilə işləyirlər. Biz də bu təcrübəni onlarda öyrənirik. Müştərk iş zamanı biz onlardan canlı olaraq çox şey öyrənmə imkanımız olur. Bir var eşidəsən, bir də var ki, hazır, canlı öyrənmək imkanın olsun. Bu nöqteyi-nəzərdən demək istəyirəm ki, müştərk işlər zamanı onların mövqeyinin daha çox özünü göstərməsi normal haldır".