5.8 bal gücündə zəlzələ baş verdi
22 May 2012 12:26 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bolqariyada 5.8
bal gücündə zəlzələ baş verib. Amerika Geoloji Araşdırmalar
Mərkəzi, paytaxt Sofiyanın 23 kilometr şimal-qərbində olan
zəlzələnin yerin 9 kilometr dərinliyində reallaşdığını
bildirib.
Sofiyalılar hadisə zamanı küçələrə tökülüb. Sarsıntının hər hansı
bir ziyan və ya can itkisinə səbəb olub olmadığı bilinmir.