Azərbaycanlı aktrisa məşhur türk serialında rol aldı

24 Oktyabr 2013 16:18 (UTC+04:00)

Azərbaycanlı aktrisa Məlahət Abbasova Türkiyədə seriala çəkilir. 


Türkiyə mətbuatında verilən məlumata görə, baş rollarını Kutsi, Selin Demiratar və Sinem Öztürkün paylaşdığı "Huzur sokağı"nın aktyor heyətinə tanınmış aktrisa Məlahət Abbasova daxil olacaq. Aktrisa serialın cümə günü yayımlanacaq 43-cü seriyasından etibarən rol alacaq.