ABŞ Əsədə "Getmə" deyəcək?

24 Oktyabr 2013 16:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Suriya böhranında Rusiya ilə razılaşan ABŞ, iki il əvvəl "Getməlidir! " dediyi Bəşər Əsəd mövzusunda da yumşalma siqnalı verib. İngiltərənin paytaxtı Londonda ötən axşam toplanan "Suriyanın Dostları" qrupu , müxalifləri noyabrın sonunda keçiriləcək. Cenevre 2 konfransına iştirak etməyə razı sala bilməyib. ABŞ və 10 ölkənin razı salma səylərinə baxmayaraq Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyası ( SUKO ) İngiltərə nümayəndəsi Vəlid Safure , " Bəşər Əsəd və ya əli qanlı olan heç kimlə eyni masaya oturmayacağımızı əvvəllərdə söylədik. Amma , Suriyanın Dostları qrupunun və Ərəb Birliyinin dəstəyi ilə , Suriya da ölümlərlə əlaqəsi olmayanlarla eyni masaya otura bilər "deyib. Safure , qəti qərarlarını 1-2 Noyabrda İstanbulda verəcəklərini açıqlayıb. ABŞ xarici işlər naziri Con Kerri isə Bəşər Əsədin prosesdəki roluyla əlaqədar olaraq bu şərhi edib: "Bu mövzu , müzakirə edəcək tərəflərə qalıb . Bunu əvvəldən qərarlaşdırmaq bizə düşməz. "

"New York Times", ABŞ prezidenti Barak Obamanın iki il əvvəl " Əsəd getmək məcburiyyətindədir " dediyini xatırladıb. Lakin qəzetə görə 2013-cü ilin əvvəlindən kəşfiyyat hesabatlarından "Əsəd hakimiyyətdən düşməyəcək " nəticəsində gəlib. Müxaliflərin güclərini itirməsi və daxildə nizamsızlıqlar meydana çıxmasıyla Obama , Rusiya ilə razılığa gəlib. Bu səbəblə ABŞ bu mərhələdə , silahlı müxaliflərə İordaniyada CIA əliylə verilən gizli təhsili genişləndirməyi belə düşünmür.