Polis oyuncaq silah daşıyan uşağı öldürdü

24 Oktyabr 2013 19:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətində, oyuncaq silah daşıyan 13 yaşındakı bir uşaq , polis tərəfindən vurularaq öldürülüb. Santa Rosa şəhərində yaşanan hadisədə , polis səlahiyyətliləri həqiqi olduğunu düşündükləri silahı buraxması üçün dəfələrlə uşağı xəbərdar etdiklərini, lakin müsbət cavab ala bilmədikdə atəş açdıqlarını iddia edib. Santa Rosadakı hadisə , 12 yaşındakı başqa uşağın Nevadadakı məktəbdə bir müəllimi öldürüb iki şagirdi də yaralayaraq intihar etməsindən bir gün sonra baş verib . Hadisə , iki polis köməkçisinin əlində həqiqi olduğunu düşündükləri tüfəng daşıyan bir uşağı fərq etməsiylə başlayıb. Təhlükəsizlik işçilərinin dəstək istədikləri bu vaxt da uşağa dəfələrlə silahını buraxma xəbərdarlığını etdiklərini söyləyib. Uşağın bu xəbərdarlıqları diqqətə almaması nəticəsində isə atəş açıldığı deyilib.  Hadisə yerində həyatını itirən uşağın Andy Lopez olduğu təyin olunub.  Uşağın atası Rodrigo Lopez, silahın bir yoldaşına aid olduğun bildirib.