Ən qədim qalaktika tapıldı

24 Oktyabr 2013 19:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Astronavtlar 13,1 milyard işıq ili uzaqda yerləşən, ən uzaq ulduzu təsbit edib. (1 işıq ili = 9,6 trilyon kilometr ). Qalaktikanın böyük partlayışından yalnız 700 milyon il sonra meydana gəldiyi təxmin edilir. Elm jurnalı "Nature"da bu gün yayımlanan araşdırma nəticələrinə görə, indiyə qədər kəşf edilən ən uzaq və yaşlı qalaktika  "Z8 - GND - 5296 "dur. Qalaktikadan yayılan işıq, 13,1 milyard il sonra Yerə çatıb və Habl Kosmos Teleskopu ilə Havaydakı Keck Rəsədxanasının infraqırmızı kameraları tərəfindən təsbit edilib. Araşdırmanı aparan qrupda iştirak edən Texas Universiteti professorlarından Steven Finkelstein , "Zamanın uzaq keçmişi haqqında çox şey öyrənirik , idrak etmək və həll etmək çox çətindir. Gördüyümüz şey , qalaktikanın 13,1 milyard il əvvəlinə aiddir , yəni bizim günəşimiz doğmadan və bilinən həyat meydana gəlmədən 8 milyard il əvvəlindən gələn bir işıq"deyə bildirib. Elm adamları Günəşdən milyardlarla dəfə daha böyük olan bu qalaktikanın necə meydana gəldiyini və işığının Yer kürəsinə qədər necə çatdığını araşdırır. 2018-ci ildə kosmosa atılacaq olan Ceyms Vebb Teleskopu sayəsində gələcəkdə bu sirrli ulduz çoxluqları haqqında daha qəti məlumatlar əldə edilə biləcəyi deyilir.