Azərbyacanda oğlu həbs olunan ana özünü yandırıb

25 Oktyabr 2013 12:01 (UTC+04:00)

Xaçmaz rayonunda 52 yaşlı qadın intihara cəhd edib. APA-nın verdiyi məlumata görə, 1961-ci təvəllüdlü Xaçmaz şəhər sakini Nazilə Nurəddin qızı Qabulova özünü yandırıb.

 

O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona bədənin müxtəlif 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra N.Qabulova müalicə üçün paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

 

Qeyd edək ki, N.Qabulovanın özünü yandırmasının səbəbi oğlunun Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 3-cü dəfə 4,8 il müddətinə azadlıqdan məhrum edilməsi olub. Qərara etiraz edən qadın özünü yandırıb.