Müdafiə nazirliyində yeni kadr islahatları

25 Oktyabr 2013 12:05 (UTC+04:00)

General-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib

Yeni Müdafiə naziri Zakir Həsənovun nazirlikdə apardığı islahatlar davam edir. 


Ans press-in verdiyi məlumata görə, dünən gecə nazirlikdə keçirilən müşavirə zamanı, MN-nin şəxsi heyətlə iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini, Səfərbərlik idarəsinin rəisi, general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə

nazirliyin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək.


MN-də adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək, cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. 


MN-nin Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev isə Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib.