Azərbaycanda müəllimlərin maaşları iki dəfəyədək artırılacaq

25 Oktyabr 2013 12:23 (UTC+04:00)

Azərbaycanda müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqlarının adambaşına düşən ümumdaxili məhsula (ÜDM) nisbəti mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılacaq.

Bu, ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulur. Strategiyaya əsasən, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumdaxili məhsula nisbəti mərhələlərlə 2 dəfəyədək artırılacaq.

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin stimullaşdırılması üün mexanizmlər hazırlanacaq.