Bakıda daha bir yol bağlanır

25 Oktyabr 2013 12:30 (UTC+04:00)

Bakıda daha bir yol bağlanır.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsindən üzü Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi istiqamətinə və Ceyhun Hacıbəyli və Bakıxanov küçələrinin kəsişməsindən Ceyhun Hacıbəyli və Vaqif küçələrinin kəsişməsinədək olan ərazilərdə kommunikasiya və abadlıq işlərinin aparılması ilə əlaqədar həmin yollar iki gün bağlı qalacaq.

 

BŞDPİ sürtücülərdən tıxacların yaranmaması üçün alternativ yollardan istifadə etmələrini xahiş edir.