“...yaşaya bilməyəcəyimi başa düşdüm” - Oksana

25 Oktyabr 2013 13:37 (UTC+04:00)
Rəqqasə Oksana Rəsulova Hindistan səfərini təxirə salıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi orada çəkiləcəyi filmlərdən imtina edib. Bu haqda müxbirimizlə söhbətində Oksana özü məlumat verib. O artıq Hindistanda yaşaya bilmədiyini etiraf edib: 

"Orada yaşaya bilməyəcəyimi başa düşdüm. Buna görə də təkliflərdən imtina etdim. Hər gün zəng vurub dəvət edirlər. Əgər yaxşı film təklifi olsa, gedərəm. Şərtim odur ki, filmdə tanınmış aktyorlar olsun. Noyabrda iki həftəlik yenə də Hindistana yola düşəcəm. Amma birdəfəlik orada yaşamaq fikrindən daşındım". 

Bu yaxınlarda "Mamaci" serialında rol alan Oksana onun aqibətindən də danışıb: 

"Hindistana gedəcəyimi düşündüyüm üçün həmin serialın ancaq iki bölümündə rol alacağımı demişdim. "Mamaci"dəki obrazim bitdi. Yeni təkliflər gəlir, hələ ki, yaradıcılığımla məşğul olmaq istəyirəm. Nağara ifaçısı Elşən mənim üçün bir musiqi bəstələyib. Ona klip çəkdirəcəm. Bir də konsert hazırlayıram. İstəyirəm, Hindistandan məşhur müğənni gətirib maraqlı şou hazırlayım. Mənim tədbirim bu günə kimi olan konsertlərdən seçiləcək".