Ağdaşda 3 yaşlı qız su quyusuna düşərək boğulub

25 Oktyabr 2013 14:40 (UTC+04:00)

Ağdaş rayonunda azyaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.


Movqe.az-ın APA-ya istinadən verdiyi məlumatına görə hadisə bu gün səhər saatlarında rayonun Ərəb kəndində qeydə alınıb.

 

Kənd sakini, 2010-cu il təvəllüdlü İsgəndərova Mənzurə Sübhi qızı həyətdəki su quyusunun yanında oynayanda ayağı sürüşərək quyuya düşüb.

 

Valideynləri hadisədən gec xəbər tutub, uşaq boğularaq ölüb.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.