DBX: "Qurban bayramından indiyədək mal-qara arasında xəstəlik qeydə alınmayıb"

25 Oktyabr 2013 15:21 (UTC+04:00)

Azərbaycanda Qurban bayramından sonra mal-qara arasında Bunyavirus xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Bu sözləri Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin Dövlət baytarlıq Xidmətinin sözçüsü Yolçu Xanvəli deyib. Y. Xanvəli bildirib ki, xəstəlik qyedə alındığı vaxtdan indiyədək mal-qara arasında qan-parazitar xəstəliklərdən 160 baş mal-qara tələf olub: "213 baş heyvanda balasalma qeydə alınıb. 255 min baş mal-qara xəstəlikdən müalicə olunub. Qurban bayramı başlayandan mal-qara arasında xəstəlik müşahidə olunmayıb".