Nabranda ayağını itirən İmran gəzəcək

25 Oktyabr 2013 15:47 (UTC+04:00)
Nabrandakı istirahət mərkəzindəki hovuzda üzərkən su nasosunun sovurması nəticəsində ayağı qopan 3 yaşlı İmran Cəfərzadənin müalicəsinin reabilitasiya mərhələsinə başlanılacaq. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat ataşesi Vüqar Qafarov ANS PRESS-ə açıqlamasında, həkimlərin balaca İmranı müayinə etdikdən sonra onun ayağa qaldırılması üçün müalicə işlərinə balanılayacaqlarını qeyd edib: "Yaxın günlərdə həkimlər İmranı müayinə edəcəklər və müayinənin nəticəsi yaxşı olsa, müalicənin yeni mərhələsi olan reablitasiyaya başlanmaqla əlaqədar qərar qəbul edəcəklər".

V.Qafarov müalicənin reablitasiya mərhələsində, İmranın ayağına protez ayaq taxılacağını və onun ayağa qalxıb yeriməsi üçün fizioterapiya müalicəsi tətbiq ediləcəyini söyləyib. Onun sözlərinə görə həkimlər indiyədək edilən müalicənin nəticələrini qənaətbəxş hesab edirlər: "İmranın ayağına protez ayaq taxılması və onun yeriməsi üçün fizioterapiyaya həkimlərin qərarından sonra başlanılacaq ".

Qeyd edək ki iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadə Azərbaycan Respublikası prezidentinin xüsusi göstərişi ilə Almaniya müalicəsini davam etdirir